Super Liqada komanda sayı yenidən artırıla bilərbackend

Super Liqada komanda sayı yenidən artırıla bilər

Türkiyə Futbol Federasiyası (TFF) rəhbərliyi avqustun 4-də bir araya gələcək.

KONKRET.az– ın məlumatına görə, yığıncaqda Super Liqanın 2020/21 mövsümü müzakirə olunacaq.

Bir neçə gün öncə aşağı dəstəyə yuvarlanmanı ləğv edərək komanda sayını 21-ə çatdıran TFF bu rəqəmi yenidən müzakirə edəcək. Hər turda bir komandanın istirahət edəcəyi 42 turdan ibarət çempionatdakı iştirakçı sayı yenidən artırıla bilər.

Bu rəqəmin 22-yə çatdırılacağı gözlənilir. 1-ci liqadan Super Liqaya vəsiqə uğrunda pley-offun finalında uduzan “Adana Dəmirspor”un 22-ci komanda olacağı iddia edilir.

Pley-offun yarımfinalında uduzan “Bursaspor” da elitaya qayıtmaq iddiasını büruzə verib. Bursalılar bu rəqəmin 22 deyil, 24 olmasını, özləri ilə yanaşı, digər yarımfinalçı “Akhisar”ın da güzəşt əldə etməsini istəyir.

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*