Superliqa klubunda növbəti baş məşqçi istefasıbackend

Superliqa klubunda növbəti baş məşqçi istefası

“Antalyaspor” baş məşqçisi Stepan Tomasla yolları ayırıb.

KONKRET.az-ın “NTV Spor”a istinadən yaydığı xəbərə görə, xorvat mütəxxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Komandanın uğursuz çıxışı səbəbindən bu qərar verilib.

Qeyd edək ki, S.Tomas noyabrın 15-dən Türkiyə Superliqa təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 3 heç-heçə edib, 3 məğlubiyyət görüb.

Xatırladaq ki, “Antalyaspor” ölkə çempionatının turnir cədvəlində 14 xalla 16-cı pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*