Supermarketdə qaz sızması baş verdi: Azı 9 nəfər zəhərləndi – VİDEObackend

Supermarketdə qaz sızması baş verdi: Azı 9 nəfər zəhərləndi - VİDEO

Rusiyanın Vladivostok şəhərində yerləşən supermarketdə qaz sızması nəticəsində azı 9 nəfər xəsarət alıb, onlardan bir neçəsi huşunu itirib.

KONKRET.az xəbər verir ki, bu barədə SHOT telegram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə Borisenko küçəsində yerləşən “Remi” hipermarketində baş verib. Mağazanın əməkdaşları və alıcılar özlərini pis hiss etməyə başlayıb, öskürməyə başlayıblar, bir neçə nəfər isə huşunu itirib. Bundan sonra ticarət mərkəzində təcili olaraq evakuasiya elan edilib.

Hazırda kütləvi zəhərlənmənin səbəbləri araşdırılır. Prokurorluq yoxlamalara başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*