Suraxanıda ikimərtəbəli tikilidə yanğın oldubackend

Suraxanıda ikimərtəbəli tikilidə yanğın oldu

Paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 40 kvadratmetr olan ikimərtəbəli (birinci mərtəbədə sanitar qovşağı və hamam, ikinci mərtəbədə köməkçi otaq) tikilinin dam örtüyü 20 kvadratmetr sahədə və ona bitişik ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evin dam örtüyü 5 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a bildiriblər ki, tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*