Suren Parsyan: “Məğlubiyyət səhv sosial-iqtisadi siyasətin nəticəsidir”backend

Suren Parsyan: "Məğlubiyyət səhv sosial-iqtisadi siyasətin nəticəsidir"

“Ermənistanda həm əvvəlki, həm də mövcud hakimiyyətlər dövründə uzun illərdir ki, zənginlər daha da zənginləşib, yoxsullar daha da kasıblayıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri Daşnaksütyun Partiyasının iqtisadi tədqiqatlar şöbəsinin məsul əməkdaşı Suren Parsyan bildirib. O daha sonra vurğulayıb ki, “Xalqımız ölkədəki ictimai ədalətsizlikdən və qeyri-sağlam mühitdən şikayətlənir. Ermənistanda sosial ədalətin bərqərar olması üçün nə lazımdır, bu yolda əsas maneələr nələrdir? Çox təəssüf ki, bu gün sahib olduğumuz şey – məğlubiyyət, ərazilərin itirilməsi illərdir davam edən yanlış sosial-iqtisadi siyasətin nəticəsidir. Ölkəmizdə bir çox sosial ədalətsizliklər baş verdi. Başımıza gələn bütün problemlərimiz buna görədir. Mövcud hakimiyyət orqanlarının apardığı yanlış sosial-iqtisadi siyasət ölkəni çətin vəziyyətə salıb. Korrupsiyaya qarşı mübarizə aparmaq və bir neçə keçmiş məmuru həbs etməklə, ölkənin inkişafı üçün vacib bir komponent olan ölkənizin təhlükəsizliyini təmin etmirsiniz”.

Onun sözlərinə görə, həm əvvəlki, həm də mövcud sistem tamamilə özünü tükəndirib, uğursuz olub. Ona görə də inkişaf və tərəqqi üçün yeni sistemə ehtiyac var:

“Bu baxımdan yeni konsepsiyalar inkişaf etdirilməlidir. Cəmiyyətə alternativ sosial-iqtisadi inkişaf proqramı, yeni təlimatlar vermək lazımdır. Bu, böhrandan çıxmağa və güclü, inkişaf etmiş, təhlükəsiz bir Ermənistana sahib olmaq üçün çətin şərtlərdə irəliləməyimizə imkan verəcəkdir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*