Suren Surenyants: “Paşinyan Ermənistan dövlətçiliyinə təhlükə yaradır”backend

Suren Surenyants: “Paşinyan Ermənistan dövlətçiliyinə təhlükə yaradır”

Ermənistanda baş verən siyasi gərginlik davam edir. Baş nazir Nikol Paşinyanın əvvəlki  prezidentləri debata çağırmasından sonra düşmən ölkənin siyasi hjəyatında canlanma hökm sürür.

Əvvəlki prezidentlərin tərəfdarları Paşinyanı satqınçılıqda ittiham edirlər. Əvəzində isə Paşinyanın komandasına daxil olan qüvvələr qarşı tərəfi Ermənistanı çətin duruma salmaqda qınayır.

Paşinyanın təklif etdiyi debata gəlməkdən imtina edən keçmiş prezidentlər hazırkı vəziyyətdə hər hansı arqument gətirməkdən çəkinirlər. Bu da Paşinyana əlavə siyasi üstünlük verir. Hazırkı vəziyyətdə   erməni ekspertlər müxtəlif fərziyələr irəli sürürlər. Politoloq Suren Surenyants hesab edir ki, son günlərin müzakirələri kontekstində birinci prezident yenə də ən aydın qiymətləndirməni  dilə gətirib:

“Bu tələbin yerinə yetirilməsi Nikol Paşinyan üçün siyasi intihar deməkdir. Çünki məlum olacaq ki, 2019-2020-ci illərdə onun müharibənin qarşısını almaq, Qarabağın  subyektivliyini qorumaq üçün real imkanları olub. Bununla da Nikol dövlət təfəkkürünə və realizmə qalib gəldi. Erməniləri milli fəlakətə sürüklədi.  Paşinyan başqa səbəblərdən Ter-Petrosyanın tələbini yerinə yetirməyəcək. Bu gün o, həm də “möhtəşəm” avantüranın girovudur, bunun nəticəsində Ermənistanın dövlətçiliyinin mövcudluğuna təhlükə yaradır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*