Surət Hüseynov VƏFAT ETDİ – YENİLƏNİBbackend

Surət Hüseynov VƏFAT ETDİ - YENİLƏNİB

Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya yaxınları bildirib.

Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.

Xatırladaq ki, bu gün 64 yaşlı Surət Hüseynovun ölüm xəbəri yayılıb. Onun İstanbuldan Moldovaya gedərkən ürəyindəki problemlə bağlı vəziyyəti pisləşib. O, 1959-cu ildə Gəncə şəhərində anandan olub.

14:24

Surət Hüseynov İstanbulda xəstəxanadadır.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən haqqın.az-a bildirilib.

Son məlumata görə, o, komadadır.

***

14:06

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun yaxınları bildirib.

Məlumata görə, sabiq nazir Moldovadan İstanbula uçarkən təyyarədə dünyasını dəyişib. Onun səhhətində problem olduğu və müalicəyə getdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*