Suriyanın cənubundakı Əs-Süveyda vilayətində keçid hökumət qüvvələri və ərəb tayfalarının döyüşçüləri ilə druz özünümüdafiə dəstələri arasında baş verən silahlı qarşıdurmalar nəticəsində 940 nəfərin həlak olduğu bildirilir.
KONKRET.az xəbər verir ki, Sky News Arabia-nın tibbi mənbələrə istinadla yaydığı məlumata görə, 13 iyuldan bəri davam edən şiddətli döyüşlər zamanı 262 mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həyatını itirib. Druz silahlı dəstələrinin 326 üzvü, Dəməşqdən bölgəyə göndərilmiş Daxili İşlər və Müdafiə Nazirliklərinin xüsusi təyinatlı qüvvələrindən isə 312 hərbçi həlak olub.
Bundan əlavə, hökumətyönlü ərəb tayfalarının silahlı dəstələri 21 döyüşçüsünü, daxili təhlükəsizlik qüvvələri isə 19 əməkdaşını İsrailin hava hücumları nəticəsində itirib.
Natiq Səlim,
KONKRET.az