Oktyabrın 5-də Suriyada keçirilmiş parlament seçkisinin nəticələri açıqlanıb.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, səsvermənin yekunu olaraq, 119 deputat parlamentdə iştirak hüququ qazanıb.
Ümumulikdə Suriya parlamenti 140 deputatdan formalaşır. Qalan 21 deputat daha sonra müəyyənləşdiriləcək.
Seçki prosesi ölkənin 11 vilayətində həyata keçirilib. Rakka, Haseke və Süveyda vilayətlərində səsvermə aparılmayıb. Bu vilayətlərdə səsvermə siyasi nizamlanma təmin edildikdən sonra keçiriləcək.
Seçilən millət vəkillərindən altısı qadın, ikisi isə xristiandır.
Parlamentin ilk iclasının oktyabrın sonlarında keçirilməsi planlaşdırılır.