Suriyada partlayış: Rəsmi Bakıdan reaksiya…backend

Suriyada partlayış: Rəsmi Bakıdan reaksiya...

Azərbaycan Suriyaya başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X hesabında paylaşım edib.

“Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*