Suriyadakı ABŞ bazasına hücum edildibackend

Suriyadakı ABŞ bazasına hücum edildi

ABŞ-ın Suriyadakı Əl-Tanf bölgəsindəki bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, hücum edən PUA-lardan dördü ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən vurulub, digəri bazaya dəyib.

Hücum zamanı itkilərin olub-olmadığı barədə məlumat verilməyib. PUA-ların kim tərəfindən göndərildiyi açıqlanmayıb.

Qeyd edək ki, Əl-Tanf Suriya, İordaniya və İraq arasındakı sərhəddə yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*