Suriyanın gerbi dəyişirbackend

Suriyanın gerbi dəyişir

Suriyanın yeni hökuməti ölkənin gerbini dəyişdirməyə qərar verib.

KONKRET.az-ın report.az-a istinadən məlumat verir ki, yeni gerbdə qanadlanmış və üzərində üç ulduz olan qartal təsvir olunub.

Yeni dövlət simvolu paytaxt Dəməşqdə təntənəli tədbir zamanı təqdim edilib. Mərasimdə çıxış edən Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın sözlərinə görə, dəyişdirilmiş qartal “Suriya xalqının tarixinin yeni mərhələsinə keçidə işarə edir, həmçinin suriyalılara xas olan güc və qətiyyəti təcəssüm etdirir”.

Bu günə qədər Suriyanın gerbi sinəsində iki ulduz yerləşən qalxanlı qartaldan ibarət idi. Quş pəncələrində “Suriya Ərəb Respublikası” yazılmış lent tuturdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*