Suriyaya hava hücumu: 20 nəfər həyatını itirdibackend

Suriyaya hava hücumu: 20 nəfər həyatını itirdi

Bəşər Əsəd rejimi və rus döyüş təyyarələrinin İdlibdə yaşayış məntəqələrinə etdiyi hücum nəticəsində 20 nəfər ölüb, 50 adam yaralanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, xəsarət alanlar arasında azyaşlı uşaqlar da var. Bölgədə hava hücumları davam edir və ölənlərin sayının artacağı bildirilir.

Rejim qüvvələri səhər saatlarında Kefrenbil, İhsim, Hazarin, Birnan, Fervan və Tel Mennis şəhərlərinə də hava və quru hücumu həyata keçirib.

Əsəd rejimi və Rusiya hücumları ilə bağlı son bir həftədə 25 min adam Türkiyə sərhədinə yaxın olan bölgələrə qaçıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*