“Sürücü Əhməd”in vəziyyəti ağırlaşdıbackend

"Sürücü Əhməd"in vəziyyəti ağırlaşdı

Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti pisləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Demokrat.az-a aktyorun qızı Kəmalə Qasımova məlumat verib.

O deyib ki, hazırda atasının vəziyyəti çox ağırdır:

“Atamın şah damarında qanaxma yaranıb, əməliyyat olunub. Hazırda “Baku Medical Plaza”da müalicə alır. Vəziyyəti çox ağırdır. Yaxşı olardı ki, dövlətimiz onun vəziyyəti ilə bağlı məsələni nəzarətə götürsün. Səlahətli şəxslərdən dəstək gözləyirik”.

Qeyd edək ki, 78 yaşlı aktyor Elxan Qasımov tamaşaçılara “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*