Sürücülərə ŞAD XƏBƏR : Formula 1-ə görə bağlı olan küçələr vaxtından əvvəl açılırbackend

Sürücülərə ŞAD XƏBƏR: Formula 1-ə görə bağlı olan küçələr vaxtından əvvəl açılır

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişikliklər edilib.

Bakı Nəqliyyat Agentliyindən KONKRET.az-a verilən məlumata görə, dəyişikliyə əsasən trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq:

07.06.2021-ci il səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.

Azneft dairəsi – Niyazi küç.- İstiqlaliyyət küç.- B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların 20-ci Sahə dairəsi, 65 nömrəli marşrutun isə Azneft dairəsi istiqamətində fəaliyyəti bərpa ediləcəkdir.

Qeyd olunub ki, trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*