Sürücülərin nəzərinə: Bakının bu küçəsində tıxac varbackend

Sürücülərin nəzərinə: Bakının bu küçəsində tıxac var

Bu gün Bakının Həsən bəy Zərdabi küçəsində, metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın baş verdiyindən hadisə yerinə yanğınsöndürmə avtomobilləri cəlb olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, hazırda hadisə baş verən ərazidə, H.Zərdabi küçəsində hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən bu istiqamətdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında da gecikmələr yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*