Sürücülərin NƏZƏRİNƏ: İşıqforlar bu cür işləyə bilər…backend

Sürücülərin NƏZƏRİNƏ: İşıqforlar bu cür işləyə bilər...

Dünyada yol hərəkətinin daha səmərəli təşkili üçün müasir işıqfor texnologiyaları, sensorlu və süni intellektlə idarə olunan sistemlər geniş şəkildə tətbiq edilir. Bu sistemlər avtomobil sıxlığını real vaxtda təhlil edərək hərəkətə uyğun işıq rejimini tənzimləyir.

Maraqlıdır, Azərbaycanda belə sistemlərin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, Azərbaycanda hələlik süni intellektlə işləyən işıqfor sistemi tətbiq olunmur. Hazırda mövcud olan Nəqliyyatın intellektual idarəetmə sistemi vasitəsilə pik saatlarda işıqforların işinə müdaxilə edilir.

Yasin Mustafayev

“Əsas küçə və prospektlərdə “yaşıl axın” anlayışı tətbiq olunur. Daha çox avtomobil hərəkət edən istiqamətlərdə işıqforlarda yaşıl işıq daha uzunmüddətli yanır. Bu isə hərəkətin təşkilində mühüm rol oynayır. Süni intellektlə də eyni prosesləri həyata keçirmək mümkündür və yaxın gələcəkdə bu texnologiyaların Azərbaycanda tətbiqi gözlənilir”, – deyə ekspert vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

  • Asəf
    Sentyabr 13, 2025 - 14:58

    Helə Sovet İttifaqı dövründə şahidi olmuşam: işıqforun sütunda düyməni basmaqla küçəni keçirdik çünki işıqforda qırmızı işıq yanırdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*