Şuşa və Andon şəhərləri qardaşlaşdıbackend

Şuşa və Andon şəhərləri qardaşlaşdı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə və Cənubi Koreyanın Andon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

KONKRET.az xəbər verir ki, müvafiq memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Andon şəhərinin meri Kvon Ki Çanq imzalayıblar.

“İmzalanmış sənədə əsasən, qardaşlaşmış iki şəhər mədəni, sosial və iqtisadi münasibətləri, eləcə də dostluq əlaqələrini inkişaf etdirmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətini ifadə edir”, – A.Kərimov tviter səhifəsində yazıb.

Xatırladaq ki, daha əvvəl Cənubi Koreyanın Andon şəhərində “Tarixi Şəhərlər Liqası”nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilib. Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Koreyanın Andon, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyyət protokolu imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*