Əvvəlcədən də xəbər verdiyimiz kimi, azərbaycanlı ekofəallar Qarabağdakı rus sülhməramlılara qarşı etiraz aksiyası keçirirlər. Hazırda etirazlar davam edir.
KONKRET.az xəbər verir ki, etirazçılar qida və geyimlə təmin edilib. Şuşa-Xankəndi yolunun həmin hissəsinə işıq çəkilib, çadırlar qurulub. Monitorinqlərə şərait yaratmayan sülhməramlıların komandanı “volkov, volkov” sədaları ilə əraziyə çağırılır. Lakin, deyəsən, ayı mağarada qış yuxusuna gedib.
Bu arada Nikol Paşinyan Azərbaycanın Xankəndiyə hücuma hazırlaşdığını bəyan edib. Belə getsə, hücum qaçılmazlaşır. Amma hələ ki, etiraz aksiyasıdır.
Əldə etdiyimiz son görüntüləri təqdim edirik:
Rəsmiyyə Şərifova,
KONKRET.az