“Şuşanın süqutu müəmmadır, mən orada idim… – Seyran Ohanyanbackend

“Şuşanın süqutu müəmmadır, mən orada idim…” – Seyran Ohanyan

“Şuşadakı hərbi əməliyyatlar ümumi müdafiə əməliyyatlarının müəyyən hissələri kontekstində dəyərləndirilməlidir, çünki azərbaycanlılar Şuşaya elə-belə çatmayıblar. Oraya gedən yolda Horadiz, Hadrut, Cəbrayıl, Daşaltı və Qırmızı bazarın müxtəlif bölgələrində hərbi əməliyyatlar həyata keçirildi”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın ilk Müdafiə naziri general-polkovnik Seyran Ohanyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun Şuşaya çatmasının əsas səbəbi erməni tərəfinin düzgün nəzarət tədbirləri görməməsi idi:

“Düşmənin axtarılması, onlara zərbə endirilməsi və hava hücumundan müdafiə üçün komanda məntəqəsi yaradılmalı idi. Lakin yaradılmadı. Azərbaycanlılar dağlıq ərazilərdən Şuşaya daxil olmağı bacardılar. Mən orada idim, konüllü olaraq müdafiə tədbirlərinə yardım edirdim. Amma şəhərin süqutunun tam olaraq necə baş verdiyini dəqiq bilmirəm, çünki noyabrın 6-sı səhər saatlarında komanda məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı əmr aldıqdan sonra oranı tərk etdim. Şuşanın süqutu tamamilə müəmmadır və dərindən araşdırılmalıdır”, – Ohanyan əlavə edib. (qazet.az)

  • Fətəliyev Rafael
    Yanvar 27, 2021 - 09:26

    Şərəfsiz Ohanyan Seyran Ermənilər Azərbaycan ordusuna məğlub oldu bunu həzm edə bilmirsən Şuşanın süqutu müəmmalıdır .Biz Azərbaycan xalqı sizə yaxşılıq etmişik amma siz ermənilər bunu qəbul etmirsiniz ona görə də siz ən pis rəzil millət siz gedin Sizə Fransız Rusiya yaşamağa torpaq versin biz sizə torpaq vermərik

    • SƏLCUQ
      Yanvar 27, 2021 - 10:09

      AFƏRİN

  • Mübariz Ağalarlı
    Yanvar 27, 2021 - 18:03

    Şuşa əməliyyatının taktikasını heç dünya anlamır. Axmaq Ohanyan sən haradan anlayacaqsan.

Mübariz Ağalarlı üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*