Suşi yeyənlər bunu mütləq oxusun – Diqqət etməsəniz…backend

Suşi yeyənlər bunu mütləq oxusun - Diqqət etməsəniz...

“Xammal, yəni bişməyən balıqla hazırlanan suşidə bir neçə risk mövcuddur. Bunlar parazitlər, mikroorqanizmlər (bakteriya, virus) və kimyəvi risklərdir. Bir də allergiya və çarpaz çirklənmə məsələsini də qeyd etməliyik. Çiy, az bişmiş balıq dəniz parazitlərini daşıya bilər. Məşhur nümunə olaraq Anisakisi göstərə bilərik. Mədə-bağırsaq ağrısı, ürəkbulanma hətta bəzi insanlarda allergik reaksiya kimi də gedə bilər”.

Həqiqətən də səhər yeməyi yeməməliyik? - Deputatın fikirinə qida mütəxəssisi Asim Vəliyev belə CAVAB VERDİ: - Sağlam Qida

Asim Vəliyev

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib.

“ Peşəkar suşi üçün balıq adətən parazitlərin məhvi məqsədilə dondurulma rejimindən keçirilir. Qaydalarda bu hal müəyyən temperatur-vaxt kombinasiyaları ilə göstərilir. Amma unutmayaq ki bu yanaşma parazit riskini azaldır. Bakteriya riskini sıfırlamır.
Həmçinin çiy dəniz məhsullarında düzgün saxlanma və gigiyena olmadıqda qida zəhərlənmələri mümkündür. Xüsusən Vibrio kimi bakteriyalar daha çox çiy dəniz məhsulları ilə əlaqələndirilir. Hətta bəzi hallarda ağır keçir. Suşidə riskin bir hissəsi balığın özündən çox soyuq zəncirin qırılması, bıçaq, doğrama taxta səthlərin çarpaz çirklənməsi, işçi gigiyenası və məhsulun vitrində saxlanma müddəti ilə bağlı olur”.

Ekspert qeyd edir ki, bəzi balıq növləri düzgün soyudulmayanda histamin yığıla bilər: “Bu, klassik qida zəhərlənməsi kimi yox, bəzən allergiyaya bənzər üzün qızarması, səpgi, ağızda yanma, ishal kimi əlamətlərlə qəfil başlayır. Bu tip problem bişirmə ilə də həmişə aradan qalxmır. Yenə əsas məsələ ilkin saxlanmadır. Bir də nəzərə alaq ki, risk hamıda eyni deyil. Hamilələr, immun sistemi zəif olanlar, yaşlılar və azyaşlı uşaqlardaağırlaşma ehtimalı daha yüksəkdir. Bu qruplara çiy, az bişmiş dəniz məhsullarını daha ehtiyatla seçmək tövsiyə olunur”.

A.Vəliyev özünün təcrübədə 1-2 dəfə suşi yediyini vurğulayıb: “Burda diqqət etməli olduğumuz bir neçə məqam var. Məkanın gigiyena görüntüsü və məhsulun necə saxlanması, vitrin, temperatur nizamı vacib şərtdir. Həmçinin balıq parazit üçün dondurulubmu? sualına normal və aydın cavab verə bilirlər? Menyuda çiy olanla bişmiş olanın dəqiq ayrılması önəmlidir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*