Nazir bu Mərkəzin direktorunu işdən çıxardı – Yeni təyinatbackend

Nazir bu Mərkəzin direktorunu işdən çıxardı - Yeni təyinat

Səhiyyə Nazirliyi öz tabeliyində Səhiyyənin Təminat Mərkəzinin rəhbəri işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, nazir Teymur Musayevin müvafiq əmri ilə Nəsirov Azər Əhliman oğlu Mərkəzin direktoru vəzifəsindən azad edib.

Nazirin digər əmri ilə Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsinə Etibar Muradov gətirilib.

Qeyd edək ki, 9 mart 2023-cü ildə Prezident İlham Əliyev müvafiq fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Həmin tarixdən sözügedən qurumun direktoru vəzifəsinə Azər Nəsirov təyin edilmişdi.

(qaynarinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*