Susuzluq kəndi yaxınlığında partlayış Vikipediyadabackend

Susuzluq kəndi yaxınlığında partlayış Vikipediyada

Vikipediyanın üç dil bölməsində Susuzluq kəndi yaxınlığında partlayış haqqında məqalə yaradılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Vikipediya üzrə mütəxəssis, araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Onun sözlərinə görə, hər üç məqalədə partlayış haqqında ətraflı məlumat yerləşdirilib:

“Məqalə tez-tez əsaslı şəkildə redaktə olunur. Material Vikipediyanın Azərbaycan və türk dili bölməsində “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadə, rus dili bölməsində isə könüllü tərəfindən yaradılıb. Məqsəd partlayış haqqında məlumatların çatdırılmasını təmin etməkdir. Partlayış haqqında məqalələrin yaxın günlərdə başqa xarici dillərdə də yerləşdirilməsi planlaşdırılır”.

Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*