İyunun 16-17-də Çin sədri Si Szinpin Qazaxıstana səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq.
Səfər zamanı Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı planlaşdırılır.