Tacikistan parlamentinin sədri Azərbaycana səfərə gəldibackend

Tacikistan parlamentinin sədri Azərbaycana səfərə gəldi

Martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rustami Emomoli ölkəmizə rəsmi səfərə gəlib.

KONKRET.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Rustami Emomolinin başçılıq etdiyi Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Rəsmi səfər martın 4-də başa çatacaqdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*