Tacikistanda baş vermis 5.9 maqnitudalı zəlzələ nəticəsində 17 yaşayış evi və bir məktəb qismən dağılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzinin məlumatına istinadla xəbər verir.
Bildirilir ki, yeraltı təkanların episentri Rəşt rayonu olub. Orada zəlzələnin gücü 5 bal, paytaxt Düşənbədə isə 4 bal təşkil edib.
Qeyd edək ki, yeraltı təkanlar qonşu ölkələrdə də hiss edilib.
***
Tacikistanda 6,1 bal gücündə zəlzələ olub.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Xucənd şəhərindən 170 km cənubda yerləşib, mənbəyi 15 km dərinlikdə olub.
Eyni zamanda, Mərkəzi Asiyada baş verən zəlzələləri izləyən Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzinin məlumatına görə, yeraltı təkanlar 5,8 bal gücündə olub. Düşənbənin mərkəzində bir neçə saniyə ərzində zəif təkanlar hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.//“Qafqazinfo”