Tacikistanla Qırğızıstan bu məsələdə razılığa gəldilərbackend

Tacikistanla Qırğızıstan bu məsələdə razılığa gəldilər

Tacikistan və Qırğızıstan hökumətləri nümayəndə heyətlərinin delimitasiya və demarkasiya üzrə topoqrafik işçi qrupları ümumi dövlət sərhədinin təxminən 12 km-ni razılaşdırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Tacikistanın “Xovar” milli xəbər agentliyi yayıb.

“Topoqrafik işçi qrupları Tacikistan-Qırğızıstan dövlət sərhədinin daha 11,88 km-ni razılaşdırdılar”, – məlumatda deyilir.

Bildirilir ki, qruplar dekabrın 17-dən 23-dək Bustonda (Soqd vilayəti) işləyiblər, onların növbəti görüşü Qırğızıstan ərazisində keçiriləcək.

Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 980 km-dən çoxdur. Sovet İttifaqı dağıldıqdan sonra onlarla mübahisəli sahə qalıb. Bəzilərində zaman-zaman mübahisələr, o cümlədən silahlı insidentlər yaşanır. Delimitasiya haqda danışıqlar 2002-ci ilin dekabrından davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*