Tacikistanla sərhəd münaqişəsində 24 Qırğızıstan vətəndaşı həlak oldubackend

Tacikistanla sərhəd münaqişəsində 24 Qırğızıstan vətəndaşı həlak oldu

Qırğızıstan bildirib ki, Tacikistanla sərhəddə baş verən qarşıdurmalarda 24 nəfər ölüb.

KONKRET.az-ın məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Əməliyyat məlumatlarına əsasən, 24 nəfərin meyiti Batken vilayətinin səhiyyə qurumlarına daxil olub”, – məlumatda deyilir.

Nazirlikdən verilən xəbərə görə, 12 meyit Batken Regional Birləşmiş Xəstəxanasında, 10 nəfər Leylek Ümumi Tibb Təcrübə Mərkəzində, 2 nəfər isə Kulundu Ümumi Tibb Təcrübə Mərkəzində qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*