Tacir Vəfa ilə münasibətindən danışdı:“Onu ayaq üstə mən qaldırmışam”backend

Tacir Vəfa ilə münasibətindən danışdı:“Onu ayaq üstə mən qaldırmışam”

Müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı qalmaqal səngimək bilmir. Bu dəfə üçüncü bir şəxs də məsələyə daxil olunub. Ş.Tovuzlu İnstaqramda yayımladığı açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun adını hallandırıb. Vəfaya “keçmişini unutma” deyən Şəbnəm söyləyib ki, Allah Tacir Şahmalıoğlunun canını sağ eləsin.

KONKRET.az xəbər verir ki, müğənninin bu sözü sosial şəbəkələrdə müzakirə doğurub. Hər kəs bir sualın cavabı haqda düşünüb: Vəfa Şərifova ilə Tacir Şahmalıoğlu arasında nə baş verib?

“Sherg.az” da məsələyə aydınlıq gətirmək üçün T.Şahmalıoğlunun özü ilə əlaqə saxlayıb.  Müğənni deyib ki, Vəfa ilə Şəbnəmin münaqişəsi  ona xoş deyil: “Çünki ikisi də mənə yaxın adamlardır. Bu qalmaqalda onların bir çıxarı yoxdur. Əksinə itirdikləri var. Hər ikisi də kariyeralarına ləkə gətirirlər. Bir böyük kimi məsələhət görürəm ki, sevənlərinə mənfi enerji ötürməsinlər.

Ölüm-itim dünyasıdır, pandemiya tüğyan edir. Belə bir zamanda  barış-sülh olsun. Bunu tövsiyə edirəm. Vəfa xanıma gəlincə… O bir neçə il bundan əvvəl mənə müraciət etdi ki, istəyirəm öz ayaqlarımın üzərində dayanım, müstəqil bir insan olum, sənətdə mənə kömək edin. Mən də yardım etmişəm, müğənnilik öyrətmişəm.

İndi isə Vəfa tanınmış müğənnidir. Yəni o mənim tələbəmdir. Ayaq üstə qaldırmışam. Ailəsinə, qardaşlarına, bacılarına da dayaq olub. Keçmiş budur. Başqa nə  ola bilər ki?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*