Taekvondoçularımız Avropa çempionatını 2 medalla başa vurdu – Yenilənib + Fotolarbackend

Taekvandoçularımız Avropa çempionatını 2 medalla başa vurdu - FOTOLAR

Azərbaycan taekvandoçuları Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatınında mübarizəni başa vurublar.

KONKRET.az Azərbaycan Taekvando Federasiyasına istinadən xəbər verir ki, sonuncu yarış günündə Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) çıxış edib.

Qobadi əvvəlcə Yunanıstan təmsilçisi Nikolaos Tzellosu 10:6 hesabı ilə məğlub etsə də, 1/4 finalda serbiyalı İvan Sapinə uduzub – 13:14.

İsayev isə ilk rəqibi serbiyalı Miloş Qoluboviçi 22:10 hesabı ilə yensə də, yarımfinalın bir addımlığında ispaniyalı İvan Qarsiyaya yenilib – 17:19. Nəticədə millinin hər iki üzvü medalsız qalıb.

Azərbaycan yığması Avropa çempionatını iki medalla başa vurub. Kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) gümüş, qadınlardan Minayə Əkbərova (46 kq) isə bürünc medalla kifayətlənib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*