Tailand Kralı Azərbaycan Prezidentini təbrik etdibackend

Tailand Kralı Azərbaycan Prezidentini təbrik etdi

Tailand Kralı Maha Vaçiralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza rifah və firavanlıq diləyirəm.

Diplomatik münasibətlərin qurulduğu otuz ildən artıq müddətdə Tailand və Azərbaycan arasında dostluq əlaqələri, xüsusilə də ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlıq inkişaf etmişdir.

Əminəm ki, Zati-alinizin güclü dəstəyi ilə ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığımızın genişlənməsi istiqamətində daha çox uğur əldə edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*