Taksi şirkətləri “1 iyul qadağası”na qarşı, sifarişə köhnə avtomobillər göndərilir – AYNA-dan xəbərdarlıqbackend

Taksi şirkətləri “1 iyul qadağası”na qarşı, sifarişə köhnə avtomobillər göndərilir - AYNA-dan xəbərdarlıq

Sosial şəbəkələrdə taksi şirkətləri ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Sərnişinlərin etiraz etdiyi əsas məsələlərdən biri də sifariş nöqətəsinə yeni qaydaların ziddinə olaraq köhnə avtomobillərin göndərilməsidir.

Maraqlıdır, istehsalı ili köhnə olan avtomobillər sistemdən çıxarılıbsa, bu kimi hallar necə baş verir?

Nəqliyyat eksperti İlqar Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, problemin əsas səbəbi şirkətlərin taksi parklarını hələ də yeniləməməsidir:

“İyulun 1-dən yeni qaydalar qüvvəyə mindikdən sonra bu kimi hallarla tez-tez qarşılaşırıq. Səbəb isə odur ki, taksi şirkətləri avtomobil parklarını yeniləməyiblər. Şirkətlərin qarşısına tələblər qoyulub. Hazırda xidmətdə olan taksilərin sertifikat ala bilməməsinin birinci səbəbi nəqliyyat vasitəsinin köhnə olmasıdır. Şirkətlər parklarını yeniləmək üçün kifayət qədər zaman, maliyyə vəsaiti əldə edə bilməyib. Ona görə də məcburdurlar ki, sistemdə yeni nəqliyyat vasitəsi göstərsinlər, amma xidmətə köhnə nəqliyyat vasitələrini göndərsinlər. Bu proses bir müddət davam edəcək”, – ekspert deyib.

Ekspertin sözlərinə görə, bu prosesi leqallaşdırmaq lazımdır:

“Təklif edərdim ki, roses leqallaşdırılsın. AYNA və bu sahəyə cavabdeh olan digər qurumlar prosesi başa çatdıra bilməmiş taksi şirkətlərinə parklarını yeniləmək üçün ilin sonuna qədər zaman tanısınlar. Ona qədər isə köhnə nəqliyyat vasitələrindən istifadəyə imkan verilməlidir ”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) KONKRET.az-ın mövzu ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, bu kimi hallar inzibati məsuliyyət yaradır:

“Bu, inzibati məsuliyyət yaradan haldır. Vətəndaşların bu cür hallarla rastlaşacağı təqdirdə AYNA-ya və taksi sifarişi operatorlarına məlumat vermələri tövsiyə olunur. Qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xətdən kənarlaşdırılacaqlar”.

Uber taksi şirkətindən sorğumuza cavab olaraq sualların baş ofisə yönləndiriləcəyini, cavabın yaxın dəqiqələrdə veriləcəyini desələr də, yazı dərc olunana qədər şirkətdən mövqe ala bilmədik.

Bolt taksi şirkətinə etdiyimiz zənglər isə cavabsız qaldı.

Aygün Mirakif

KONKRET.az

  • Elnur
    İyul 8, 2024 - 20:36

    Fsyoda sukaliqlar basladi

  • Yunis
    İyul 8, 2024 - 23:03

    Hansı sosial şəbəkədədi şikayətlər. yalandan millətin adından danışmayın. Teze avtomobille getmek isteyen evvelde komfort sifaris edib gedirdi zatən. Millətin istədiyi qiymətin münasib olmağı, taksini tez gelmeyidir. yayin günündə yarım saat taksi gözləyəcik?

  • Demir
    İyul 9, 2024 - 14:53

    Köhnə maşınla da getməyə razıyam, əsas odurki ünvana sağ-salamat gedib çatıram. Mən tərəfdən qətiyyən problem yoxdur. Köhnə-təzə heçbir fərq yoxdur. Əsas ünvana çatmağımdır.

  • Ali
    İyul 9, 2024 - 19:52

    Bloklayn. Kohne aftomobileri. Biz. Musteri kimi teze seligeli negliyatla gedek bu ne biyabrciligdr ayna hara baxir. Tedbir gorsun kohne aftomobiler hagginda.

    • Aqa
      İyul 10, 2024 - 06:52

      Kohnənən getmək istəmiyən gedib ozunə təzə aftomabil alsin alabilmirsə kasiblarin haqqina girməsin camaat bununla ailə saxlayib corək pulu cxarir.biləndə danisir bilməyəndə ged kamfortla

  • Kamal
    İyul 10, 2024 - 22:24

    Allah bu aynanın belasın versin millet bu taksiynen ailesin uşaqın saxlayır bu millete yazığınız gelsin vijdansizlar.imkan verin işləyək taksi corey qazanaq bəsdirin.

  • Aybəniz xanım
    İyul 10, 2024 - 23:20

    Qiymətlər gündən-günə artır, taksi isə yoxdur. Birazdan bolt, uber yango və s. Taksi şirkətləri bazardan çıxacaqlar, və məmurlar dövlər hesabına taksi gətirib, “Qaz vurub qazan dolduracaqlar”. Onsuzda təzə maşın istəyən biznes sifariş edirdi, imkanı olmayan ekonom. İndi isə ekonom istifadə edən avtobusla getməlidir yasa boğazından kəsib məmurları dolandırmalıdır. “Məmurlar belə bizi fikirləşir”

  • RASHAD
    İyul 11, 2024 - 01:32

    Mənə maraqlı olan ili köhnə maşın deyilir Koreyadan gələn ili 2008 2009 2010 Hyundai Santafe Kia Sorento kar diger bele Aftomobillər var ki yeni qaydalar qanunlara görə sertifqart buraxılış kartı almırlar səbəbdə 200 manatdan çox sənədləri toplamaq üçün ödəniş etməlidir işləməyə görə icazəde yanlız iyul ayından əvvəl əgər sənədləri alsa idi maximum ilin axırına qədər,işləyə bilərdi yəni cəmi 6 ay hansı ağılsız 6 aydan ötürü 200 manatdan çox xərc çəkər ki gedib 30 minə aldığı maşınla taxı işləyəcək? Bir qanun çıxardır sız öncə oturun fikirləşin ki avtomobillərə ilinə görə məhdudiyyət qoyursuz 2009 Hyundai Santafe ilə Kia Sorento ilə 2020 Prius az samand Xəzər lada bir deyil məntiqsiz qərarlar qəbul edirsiz əziyətində vətəndaşlar çəkir millət saatlarla taxı gözləyir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*