Taksi sürücülərinə bəd xəbər – Oktyabrın 1-dən…backend

Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən...

Taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən də COVID pasportu tələb olunur.

KONKRET.az xəzərxəbər-ə istinadən xəbər verir ki, bu barədə “bizim.media”ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə sentyabrın 1-dən birinci doz vaksin qəbul edən taksi sürücüləri sözügedən xidməti göstərə bilərlər.

Oktyabrın 1-dən isə taksi sürüclərindən ikinci doz peyvənd olunmaları və ya immunitet sertifikatı almaları tələb olunur:

“Nazirlər Kabinetinin 26 iyul 229 nömrəli 2021-ci il tarixl qərarında və əlavələrdə COVID -19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb olunan xidmət sahələri sırasında nəqliyyat, logistika və komunikasiya da var.

Yəni dəmiryolu, hava və avtomobil nəqliyyatı, yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin mütləq qaydada peyvəd olunması, yaxud immunsertifikatı tələb olunur.

Bu qərara uyğun olaraq taksi fəaliyyəti ilə məşğul olan şəxslər 1 sentyabr tarixindən etibarən birinci doz COVID pasportu ilə fəaliyyət göstərə bilərlər.

Nazirlər Kabinetinin qərarının icra edilməsi və taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID pasportunun olub-olmaması barədə xidmətə cəlb olunan əməkdaşlarımız tərəfindən müvafiq nəzarət profilaktik yoxlamalar həyata keçirilir. Aşkarlanan hallarla bağlı müvafiq tədbirlər görülür”.

Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*