Taksilərin fəaliyyəti müvəqqəti dayandıralacaq ? – RƏSMİ – AÇIQLAMAbackend

Taksilərin fəaliyyəti müvəqqəti dayandıralacaq ? - RƏSMİ - AÇIQLAMA

Taksilərin fəaliyyəti ilə bağlı qərar olarsa, icra olunacaq.

KONKRET.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Bu gündən etibarən Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Bir sıra dövlət qurumlarının əməkdaşları məzuniyyətə göndərilib. Lakin özəl müəssisələr hələ də fəaliyyət göstərir. Əhalinin böyük bir qismi isə bu halda taksilərdən istifadə edir. Eyni zamanda, taksilərdə də  virusun yayılması üçün münbit şərait yaranır.

Bəs, taksilərin fəaliyyəti dayandırılmalıdırmı? Bu barədə sualımızı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev cavablandırıb:

“Qeyd etdiyiniz kimi əhalinin gündəlik istifadə etdiyi ictimai nəqliyyatın fəaliyyəti qismən məhdudlaşıdırılıb, taksilərlə bağlı rəsmi heç bir qərar yoxdur. Bir çox taksi şirkətləri tabeliyində olan avtomobilləri gündəlik dezinfeksiya edir. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın bu barədə qərarı olacaqsa, taksilərin fəaliyyəti də məhdudlaşıdırılacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*