Talıb Tale: “İnanmıram ki, Bəxtiyar Hacıyev o dərəcədə şərəfsiz addımlara əl atsın”backend

Talıb Tale: “İnanmıram ki, Bəxtiyar Hacıyev o dərəcədə şərəfsiz addımlara əl atsın”

“Ümumiyyətlə, Bəxtiyar Hacıyevlə bağlı hansı mesajlardan söhbət gedir, necə olub, çox yaxından tanış deyiləm. Məsələnin dərinliklərini doğru-düzgün bilmirəm. Sadəcə, onun bir neçə şəklini gördüm, hansısa xanımla şəkilləri var idi. Burda, türklər demişkən, “sakıncalı”, qəbahət nəsə görmürəm. Bəxtiyar subay oğlandır. Bu boyda yaşı, şəxsi həyatı var. İndiyə qədər həyatında nələrsə ola bilər…”

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin bibisi oğlu, tanınmış müğənni Talıb Tale deyib.

“Vallah, bilmirəm. Dayıoğlu-bibioğlu olsaq da, o qədər də sıx münasibətdə olmamışıq. Amma tanıdığım qədərilə, inanmıram ki, Bəxtiyar o dərəcədə şərəfsiz addımlara əl atsın. Bu, Bəxtiyara qarşı qarayaxma kampaniyası da ola bilər. Kiminsə nəsə deməyi o demək deyil ki, həmin adam düz deyir, bəlkə, Bəxtiyara iftira atır?  Amma baxır sübutlar nə dərəcədədir. Yenə də tam dəqiq deyə bilmərəm, tanış deyiləm. Ümumiyyətlə, bu tərz mövzularla məşğul olmağa çox vaxtım da yoxdur. Belə məsələlərdən, gündəmlərdən uzağam…”, – T.Tale deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*