“Taliban”dan manikenlərlə bağlı QADAĞAbackend

“Taliban”dan manikenlərlə bağlı QADAĞA

Bu yaxınlarda Əfqanıstanda qadınların təkbaşına səyahətinə qadağa qoyan “Taliban” mağazalarda manikenlərin “başını kəsmək” qərarı verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mənəvi Təbliğ və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi və Herat vilayətində yerli “Taliban” administrasiyası tərəfindən açıqlanan qərarda bildirilib.

Heratdakı nazirlik rəsmisi Əziz Rəhman manikenləri “heykəllər” kimi təsvir edib və bu manikenlərin bütləşdirilə biləcəyini deyib.

Mağazaların etirazlarına baxmayaraq, nazirlik əməkdaşı manikenlərin “başının kəsilməsini” əmr edib və əmrə əməl olunmayacağı təqdirdə ciddi cəzaların veriləcəyi barədə xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*