“Taliban”la şübhəli şəxslər arasında atışma – Bir nəfər öldübackend

“Taliban”la şübhəli şəxslər arasında atışma - Bir nəfər öldü

Yanvarın 9-da Əfqanıstanın paytaxtı Kabildə “Taliban”nın təhlükəsizlik qüvvələri ilə adam oğurluğunda şübhəli bilinən şəxslər arasında baş verən atışmada azı bir nəfər ölüb.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Taliban”nın informasiya və mədəniyyət nazirinin müavini Zəbihullah Mücahid “Twitter” səhifəsində yazıb.

O, adam oğurluğunda şübhəli bilinən şəxslərə qarşı xüsusi əməliyyatın başa çatdığını bildirib.

Yerli medianın məlumatına görə, paytaxtın qərb hissəsində hələ də atəş səsləri eşidilməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*