“Taliban” liderinin öldürülməsi xəbəri yayıldıbackend

"Taliban" liderinin öldürülməsi xəbəri yayıldı

Əfqanıstanda iqtidara gələn “Taliban” hərəkatının liderlərindən baş nazirin birinci müavini, hərəkatın siyasi ofisinin rəhbəri Əbdülqəni Bəradərin öldürüldüyü xəbəri yayılıb.

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Farsnews” saytı məlumat yayıb.
Saytın xəbərinə əsasən, Ə.Bəradərin Qətərin xarici işləri naziri ilə görüşə gəlməməsi hər kəsin diqqətini cəlb edib. Bu səbəbdən onun çoxdandır intriqada olduğu söylənilən “Həqqani şəbəkəsi” qrupu tərəfindən qətlə yetirilməsi versiyası yayılıb.

Qrupun nümayəndəsi Məhəmməd Naim isə şayiələri əsassız adlandırıb və Bəradərin sağ olduğunu söyləyib. “Taliban” hətta onun səsyazısı olan bir video yayımlayıb. Lakin sosial şəbəkədə aktiv olan əfqanlar onun görüntülü videosunu tələb ediblər.

“Taliban”ın digər nümayəndəsi Enamulla Səmənqani də parçalanma ilə bağlı gedən söz-söhbəti təkzib edib. “Taliban” vahiddir və rəhbərlik ölkədə dinə xidmət etmək üçün çalışır”-deyə, o bildirib./Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*