Taliban hərəkatı qadınların Əfqanıstanın ən məşhur milli parklarından biri olan mərkəzi Bamiyan əyalətindəki Bande Amirə getməsini qadağan edib.
KONKRET.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Qadağa, Vicdan və Fəzilət Nazirliyinin parka gələn qadınların hicabı düzgün geyinmədiyini bildirməsindən sonra qoyulub.
Şöbənin rəhbəri Məhəmməd-Xalid Hənəfi radikal hərəkatın təhlükəsizlik qüvvələrinə qadınların Bande Amir parkına daxil olmasının qarşısını almağı tapşırıb.
Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch (HRW) aTalibanın tətbiq etdiyi qadağanı sərt şəkildə tənqid edib.