“Taliban qlobusu”: Əfqanıstan İran və Mərkəzi Asiya ölkələrinin ərazisini “ÖZƏLLƏŞDİRDİ” – VİDEObackend

Taliban qlobusu”: Əfqanıstan İran və Mərkəzi Asiya ölkələrinin ərazisini "ÖZƏLLƏŞDİRDİ" - VİDEO

Kabildə “Taliban qlobusu” nümayiş olunub.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. “Taliban” radikal hərəkatı Kabildə Dahan-i-Bağ meydanında qlobus quraşdırıb.

Qlobusda Əfqanıstan ərazisi dövlətin real ərazisindən çoxdur və qonşu ölkələrin torpaqları da “işğal olunub”.

Xüsusən də qlobusun Taliban versiyasında Əfqanıstan ərazisinə İran, Pakistan və Orta Asiya dövlətlərinin torpaqları əlavə olunub və ölkənin özünün də Qazaxıstanla ümumi sərhədi var.

“Taliban qlobusunda” Koreya və Danimarka adalara çevrilib, Türkiyə Avropa hissəsini itirib, Qətər, Estoniya və Tayvan isə sadəcə olaraq yoxdur.

Qlobusun diametri 8 metr, çəkisi isə 2 tondur. Dizayn Yerin modelini dəqiqədə beş dəfə fırladan mexanizmə quraşdırılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*