Əfqanıstandakı mövcud “Taliban” hökuməti Yaponiyaya təşəkkür edib.
KONKRET.az xəbər verir ki, bu barədə”Taliban”ın Kabildəki mərkəzi hökuməti məlumat yayıb.
Məlumata əsasən, Yaponiya Əfqanıstana 106 milyard dollarlıq humanitar yardım edəcək.
2023-cü ildə bu yardım mərhələli şəkildə Kabilə çatdırılacaq.
Bunun qarşılığında isə “Taliban” hökuməti Tokioya təşəkkür edib.