Talıbovların bankının yeni sahibləri açıqlandı – SİYAHIbackend

Talıbovların bankının yeni sahibləri açıqlandı - SİYAHI

Azərbaycanın yeganə regional bankı – “Naxçıvan Bank” ASC-nin yeni səhmdarları açıqlanıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.

Qeyd edək ki, bundan əvvəl səhmlər Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Belə ki, onun oğlu Rza Talıbov kredit təşkilatında 63,66%, digər oğlu Seymur Talıbov 20,48%, qızı Baharxanım Talıbova 9,82%, xanımı Sevil Sultanova isə 6,04% paya malik olub.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*