Talışa köçürülən ailələr belə evlərdə qalacaq – FOTOLARbackend

Talışa köçürülən ailələr belə evlərdə qalacaq - FOTOLAR

Məlum olduğu kimi, Böyük Qayıdış proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.

KONKRET.az xəbər verir ki, köçürülən sakinlərin sayı 90 nəfərdir.

Bunlar Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan ailələrdir.

Talış kəndində məskunlaşan 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

Qeyd edək ki, işğaldan azad edildikdən sonra dövlət başçısının tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.








  • Pakizə Əlizadə
    İyul 28, 2024 - 17:05

    Salam evliyəm.Evim yoxdu.Qarabagda yaşamaq və işləmək istəyirəm ailəmlə birlikdə.Bir qız övladım var.Mingecevir Turuzim kollecini fərqlənmə ilə bitirmişəm.Həm işə həmdə evə çox ehtiyacım var

Pakizə Əlizadə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*