TRT Türkiyənin milli lideri Mustafa Kamal Atatürk haqqında mini serial çəkilişlərinə başlamağa hazırlaşır. Amma baş rol ifaçısı məsələsinə hələ aydınlıq gəlməyib.
KONKRET.az bizimyol.info-ya istinadən xəbər verir ki, tanınmış aktyor Kıvanç Tatlıtuğ Atatürk rolunu oynamaqdan imtina edib.

O, mətbuata açıqlamasında 8 hissəlik “Ya İstiqlal Ya Ölüm” serialında yer almaqdan məmnunluq duyduğunu, amma üzrlü səbəbdən sonradan “yox” cavabı verdiyini deyib: “Düzdür, mənə təklif olmuşdu. Ən çox oynamaq istədiyim obrazlardan biri Atatürk rolunu canlandırmaq şərəf olardı. Amma əvvəlcədən başqa layihəyə razılıq vermişəm. Təəssüf ki, buna görə TRT-yə müsbət cavab verə bilmədim”.
Mini serialın rejissoru Yasin Usludur. Çəkilişlərə martda başlanılacaq.