Tanınmış aparıcı “Space”dən getdibackend

Tanınmış aparıcı "Space"dən getdi

Tanınmış aparıcı Nübar Əbil “Space”dən ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə aparıcı öz şəxsi Facebook səhifəsində paylaşım edərək “Space” kanalından ayrıldığını bildirib.

Həmin paylaşımı sizə təqdim edirik:

“Seçdiyimiz yollarda, enişlər və yoxuşlar olmasa, gözəl günləri heç vaxt dərk etmərik və yaxşını pisdən ayıra bilmərik. Lakin əsas olan odur ki, yoxuşları da enişləri də tərk etmək, yeni yol seçmək ,öz cığırını açmaq, şəxsi seçimin olsun…

Space tv ilə 2021-ci ildən çıxdığım 1 il yarımlıq yolda beş layihə ilə izləyici qarşısında oldum və çox gözəl geri dönüşlər aldım.

Nəhayət son layihəmiz olan “Milli səs” in finalı ilə Space tv ilə vidalaşdım.. Əminəm ki, qazandığım peşəkar insanlar, tandığım yeni “simalar” gələcəkdə atacağım növbəti addımlarda çox kömək olacaq.

Müxtəsəri, peşəkarlıq və ələlxüsus da qarşılıqlı səmimi ünsiyyət mənim üçün vacib iş detallarından biridir. İnanıram ki, son bir ayda (kanaldakı məlum dəyişiklik) bu detallardan çəkdiyim yoxluğu yaxın zamanda yenidən dolduracam. Sevgi ilə qalın, ən əsası sədaqətli qalın. Görüşənədək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*