Tanınmış aparıcının verilişi niyə bağlanıb? – AÇIQLAMA – YENİLƏNİBbackend

Tanınmış aparıcının verilişi niyə bağlanıb? - AÇIQLAMA - YENİLƏNİB

Aparıcı Mətanət Əliverdiyevanın “Space” TV-də aparıcılıq etdiyi verilişin dayanma səbəbini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Mətanət Əliverdiyeva teleqraf-a verilişin dekor dəyişikliyinə görə dayandığını bildirib:

“Hazırda Türkiyəyə gəlmişəm. “Qız atası” serialının bəzi kadrlarını çəkirik. “Hər səhər Mətanətlə” verilişinin dekoru dəyişdirilir. Təmir işləri martın 1-dək bitsə, həmin tarixdə başlayacağıq.

Əks halda martın 8-də efirə çıxacağıq. Verilişimizi xanımlara həsr edəcəyik. Heç yerə getməmişəm. Dekor köhnə idi, ona görə bəzi dəyişikliklər etmək üçün veriliş dayandı. Türkiyəyə gəlməsəydim, təmir gedə-gedə proqrama davam edəcəkdim”.

Qeyd edək ki, Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Hər səhər Mətanətlə” verilişi iki gündür yayımlanmır.

***

11:48
“Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev tanınmış aparıcı Mətanət Əliverdiyevanın verilişinin yayımını dayandırıb.

KONKRET.az xəbər verir ki, onun aparıcılığını etdiyi “Hər səhər Mətanətlə” verilişi artıq iki gündür yayımlanmır./unikal.org/

Xatırladaq ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*