Tanınmış aparıcıya nazirlikdə VƏZİFƏ VERİLDİbackend

Tanınmış aparıcıya nazirlikdə VƏZİFƏ VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub.

Bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

Məlumat üçün bidlirək ki, M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib.

Son təyinata qədər isə ARB TV-də “Yaşamaq Gözəldir” və “Günə Doğru” proqramlarının aparıcısı idi. Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*