Tanınmış aşığın meyiti çaydan tapıldıbackend

Tanınmış aşığın meyiti çaydan tapıldı

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Zahid İbrahim oğlu Qasımovun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*