Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə Trend-ə jurnalistin yaxınları məlumat verib.
Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun “Euronews” üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.
