Tanınmış fransız aktyoru Mişel Omon vəfat etdibackend

Tanınmış fransız aktyoru Mişel Omon vəfat etdi

Konkret.az “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, fransalı komediya aktyoru Mişel Omon 82 yaşında vəfat edib.

Omon “Frances Komedi” Teatrında 30 ildən çox çalışıb. Aktyor filmlərdə çox rol alıb, əksər hallarda ikinci dərəcəli rollarda oynayıb. Xüsusilə Fransisa Veberin “Oyuncaq” (1976) komediyasında mağaza direktoru rolu ilə yadda qalıb. Mişel Omon “Bəxti gətirməyən” (1981) və digər filmlərdə aktyorluq məharətini nümayiş etdirib.

Mişel Omon15 oktyabr 1936-cı ildə Parisdə anadan olub, Paris Dramatik Sənət Konservatoriyasında oxuyub. Bir çox dövlət mükafatları ilə təltif edilib.

SEVİNC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*